Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən prodüser Vəfa Vaqifqızının (Məmmədova) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı təyin 19-a təyin edilib.
Qeyd edək ki, tanınmış azərbaycanlı prodüser Vəfa Vaqifqızı (Məmmədova) qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək, ona qarşı Cinayət Məcəlləsinin 144-cü ( insan alveri) maddəsi ilə cinayət işi başlanıb. Vəfa Vaqifqızı əməkdar artist Nüşabə Ələsgərli, Nazənin, Mənzurə Musayevanın prodüserliyini edib.
Sorğu
Yeni dizaynımız necədir?