Ermənistan prezidentinin Baqramyan prospektindəki iqamətgahı qarşısında etiraz aksiyası keçirilir.
Aksiyanı Ermənistan Vəkillər Palatası təşkil edib. Palatanın rəhbəri Ara Zöhrabyan tələblərinin prezident Armen Sarkisyana təqdim edilməsinə təşəbbüs göstərdiklərini deyib. “Əsas qanunumuzda prezident konstitusiyaya riayət olunmasına nəzarət edən şəxsdir. Bu, o deməkdir ki, konstitusiya pozulduğu zaman öz səlahiyyətlərini tətbiq etməlidir".
Zöhrabyan Armen Sarkisyanın baş nazir Nikol Paşinyanın Onik Qasparyanın Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə hazırladığı fərman layihəsini geri qaytardığını xatırladaraq, bunun 155-ci maddənin 3-cü hissəsinə uyğun olmadığını deyib.
O əlavə edib ki, Baş Qərargah rəhbərinin vəzifədən çıxarılması bu vacib strukturun normal fəaliyyətinin pozulmasına səbəb ola bilər.
“Sarkisyan artıq fərmanı imzalamayacağını açıqlayıb. Ancaq davranışları göstərir ki, Konstitusiya Məhkəməsinə müraciət etməyə tələsmir. Bu gün Konstitusiya Məhkəməsinə müraciət edə biləcəyi son gündür. Belə çıxır ki, prezident hərəkətsizlik yolunu seçib ”- deyə Zöhrabyan vurğulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?