Dağlıq Qarabağda mənzil tikintisi və zəruri infrastruktur proqramı üçün 110 milyard dram ayrılmasına qərar verilib.
Erməni mediasının xəbərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu İrəvanda keçirilən Ermənistan və Qarabağ Təhlükəsizlik Şuralarının birgə iclasında bəyan edib.
Onun sözlərinə görə, 58 milyard dram “Hayastan” Ümumerməni Fondu tərəfindən, 52 milyard dram isə Ermənistan hökuməti tərəfindən ayrılacaq.
Paşinyan qeyd edib ki, Dağlıq Qarabağda sosial-iqtisadi inkişaf proqramları həyata keçiriləcək, həmçinin gələcəyə və təhlükəsizlik sahəsinə dair strateji baxışlar müzakirə olunacaq. /Konkret.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?