İranda ötən 24 saat ərzində 117 nəfər koronavirusdan ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla ölkədə bu virusdan ölənlərin sayı 62 876 nəfərə çatıb. S.Sadat Lari bildirib ki, İranda son sutka ərzində 11 660 nəfər COVID-19-a yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 1 908 974 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 005 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?