Tanınmış erməni ictimai fəal Sona Aqekyan Soros Fondunu və onun milyonluq layihələri ilə maliyyələşən Ermənistan QHT-lərini tənqid edib.
Bu barədə erməni mətbuatına açıqlama verən aktivist son günlər ölkədə cərəyan edən anti-demokratik proseslər, qanunsuz həbslər və insan haqlarının pozulmasını pisləyib. O, bütün bu arzuolunmaz mənzərənin fonunda ölkəyə guya demokratiya gətirməli olan Soros Fondunun əlaltılarının hələ də susqun mövqe sərgiləməsini gülməli hal sayıb:
"Ermənistanın tam hüquqlu vətəndaşları qanunsuz olaraq yerlə bir edilib, sürünərək saxlanılırlar. 41 milyon dollar məbləğində Soros qrantı alaraq insan haqları ilə bağlı fəaliyyət göstərən QHT-lər haradadır?".
Qeyd edək ki, bir neçə gündür Sünik və İrəvanda insan haqlarının kobud şəkildə pozulmasına susan "demokratiya" carçıları donuna girmiş sorosçuların, ayrı-ayrı QHT və digər təşkilatların yoxa çıxması mediada tənqid edilir. Görünür, “demokratiya” Soros və onun İrəvandakı əlaltıları üçün yalnız 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələnə qədər vacib imiş.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?