Türk ordusu “Əl-Qaidə”nin Suriyadakı mövqelərinə zərbə endirib.
Oxu.Az xəbər verir ki, hədəfdə “İraq və Levantın İslam dövləti” qruplaşmasının Suriyanın Əzəzə şəhəri yaxınlığındakı mövqeləri olub.
Türkiyə Suriya ilə sərhəddə, Kilis şəhərinin bilavasitə yaxınlığında yerləşən müşahidə məntəqəsinin minaatanlardan atəşə tutulmasına cavab olaraq, yaraqlıların mövqelərinə hücum edib.
Qeyd edək ki, Türkiyə öz ərazisini atəşə tutan suriyalı hərbi birləşmələrə qarşı tez-tez cavab tədbirləri görür. Lakin rəsmi Ankara ilk dəfə olaraq, “əl-Qaidə” ilə əlaqəli qruplaşma ilə qarşıdurma barədə məlumat yayıb.
Bundan əvvəl Türkiyə “əl-Qaidə”nin nəzarət etdiyi və Suriya prezidenti Bəşər Əsədə qarşı vuruşan yaraqlıları dəstəkləməsi barədə ittihamları müntəzəm olaraq təkzib edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?