Amerika Azərbaycanlılarının Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabovanın Nyu-Cersi ştatının senatoruna Qarabağda ermənilərin minalar basdırması, Xocalı faciəsi və 44 günlük vətən müharibəsi barədə göndərdiyi məktuba senatordan cavab gəlib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Demokrat Partiyasının üzvü, Nyu-Cersidən olan ilk Afro-Amerikalı ABŞ senatoru Kori Bukerin imzaladığı məktub qeyd edilir ki, Amerika müəyyən ayrılmaz və universal insan hüquqlarına inam üzərində qurulmuş ölkədir. ABŞ bütün vətəndaşlarımıza bərabər hüquqların təmin edilməsi uğrunda mübarizəni davam etdirir.
Məktubda qeyd edilir ki, Azərbaycan 1990-cı ildə Qara Yanvar olaraq bilinən şiddətli basqılara məruz qaldı. 1992-ci ilin fevralında erməni və rus hərbçilərinin üzvləri Xocalı şəhərində günahsız Azərbaycan xalqını qətlə yetirərək dəhşətli bir hərbi cinayət törətdilər. Bu hadisə, hər bir insan həyatının dəyərli və mənalı olduğu sadə həqiqəti alt-üst etdi.
“Yenə də mənə yazdığınız üçün təşəkkür edirəm. Sizi Amerika Birləşmiş Ştatları Senatında təmsil etməkdən qürur duyuram, dövlətimizin və millətimizin üzləşdiyi mövzuları daim eşitməyə hazıram” – deyə məktubda bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?