Arkanzas ştatının nümayəndələr palatası Xocalı faciəsini tanıdı
Fevralın 8-də Arkanzas ştatının Nümayəndələr Palatası Xocalı faciəsi haqqında HR1004 saylı qətnamə qəbul edib. Sənəddə Dağlıq Qarabağın bu şəhərində azərbaycanlı əhalinin kütləvi qətli faktı təsdiq edilir. Qətnamə konqresmenlər Conatan Barnett və Kerin Hopper tərəfindən təqdim edilib. Xocalıda Azərbaycanlı əhalinin həlak olması Dağlıq Qarabağda qanlı münaqişənin ən geniş miqyaslı soyqırımı olub, burada əksəriyyəti qadınlar və uşaqlar olan 613 sakin qətlə yetirilib. Xatırladaq ki, bir müddət əvvəl Nyu-Meksiko ştatının Nümayəndələr Palatasında analoji qətnamə qəbul edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?