GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İran ətrafında dönən oyunlar - Zərifin dəyişkən açıqlamaları bölgə ilə bağlı hansı işarələri verir?

İran ətrafında dönən oyunlar - Zərifin dəyişkən açıqlamaları bölgə ilə bağlı hansı işarələri verir?

Tarix: 5-05-2021, 10:27 Bölmə :Dünya Baxış: 291
İran ətrafında dönən oyunlar - Zərifin dəyişkən açıqlamaları bölgə ilə bağlı hansı işarələri verir?


İki aktiv regional güc arasında hökm sürən böhran və gərginlik mühiti sabitlik üçün yaxşı bir şey vəd etmədikcə, gözləmə vəziyyəti də davam edəcək...

Sam Mensa
“Şarkul Avsat” qəzeti, 3 may 2021-ci il

Bölgədəki əsas məsələ hələ də birbaşa və ya dolayı yolla İran və onun fəaliyyətləri ilə əlaqələndirilir. Keçən həftə İran Xarici İşlər naziri Cavad Zərif Bağdada səfər edib və ölkəsinin regional dialoqa hazır olduğundan danışıb.

Zərifin İran siyasətinin formalaşmasında ordunun rolu və xüsusilə də, İnqilab Keşikçilərinin rolu ilə bağlı dediyi sözlər İranın daxilində və xaricində qarışıqlığa səbəb olan bir səs yazısı vasitəsilə sızdırılıb və Zərif bir daha medianın vitrininə çıxıb.

Üçüncü və ən təhlükəli mövzu isə İsrail ilə İran arasındakı gərginliyin müxtəlif yollarla qarşılıqlı hərbi hücumlar nəticəsində artmağa davam etməsidir.

Birinci vəziyyətdə ən diqqət çəkən şey Zərifin iraqlı həmkarına qarşı yaxşı qonşuluq və daxili işlərə qarışmamaq zəminində regional dialoq çağırışını vurğulamasıdır. Nazir Zərifin bu çağırışı İran tərəfindən çoxdan təkrarlanır. Bu, İran siyasətinin ən təhlükəli sabitlərini gücləndirir, bölgə işlərinə yerli dairələr vasitəsilə müdaxilə edir. Beləliklə, İran özünü silahlı kimi deyil, təsirli bir yerli güc və müttəfiq kimi təqdim edir. İran bu sözlərlə eyham vurur, çünki Qərblə və xüsusən də, ABŞ-la əldə edə biləcəyi razılaşmalara görə yerli müttəfiqləri üzərində heç bir funksiyası və təsiri olmayacaq.

Bu da ona yerli müttəfiqlərinə göstərdiyi təzyiqlərdən qurtulmasına və müttəfiqlərini öz ölkələrində sərbəst buraxmasına imkan verəcək. Nəticədə, müttəfiq adlanan bu qollara görə əziyyət çəkən ölkələrdə işlər yenidən əvvəlki hala gələcək. İranın xarici qollarına tətbiq edəcəyi bu maksimum təzyiq təhlükəsizlik və hərbi fəaliyyətlərini müvəqqəti olaraq sakitləşdirə bilər.

Bunun xaricində, işlər olduğu kimi davam edəcək, çünki bunların İrana təsir etməyən yerli məsələlər olduğunu deyəcəklər. Bu da o deməkdir ki, İran Livan, Suriya, İraq və Yəməndəki mürəkkəb regional işlərə ciddi və məsuliyyətli şəkildə baxmaqdan çəkinəcək.

İkinci başlıq isə Zərifin Amerikanın bir hava hücumu nəticəsində öldürülən İranın xarici siyasətindəki “Qüds Gücü” komandiri Qasım Süleymaninin rolundan bəhs etdiyi bir səsyazmanın sızdırılmasıdır. Bu səs yazısında danışdığı məsələ Bağdaddakı ifadələri ilə ziddiyyət təşkil edir. Çünki ölkəsinin hərbi sahəyə görə diplomatiyanı qurban verdiyini qəbul edir.

Sızdırılan səsyazmada, şübhəsiz ki, günahkarlar var. Xüsusən də, Vaşinqtonun nüvə anlaşmasına dönməsini hədəfləyən Vyana danışıqlarının başlanmasından və yaxınlaşan prezident seçkiləri ilə rejimin qanadları arasında başlayacaq seçki kampaniyalarından əvvəl baş verməsi heç də təsadüfi deyil. Bəs bu sızdırmanın məqsədi nə idi? Hansı ki, prezident Həsən Ruhani bunun hökumət daxilində fikir ayrılıqlarına səbəb olacağını vurğulayıb. Yayımlanan məlumata görə, bəzi vəzifəli şəxslər işindən azad edilib, onlara səyahət qadağası tətbiq edildi və parlament üzvləri prezident Ruhani və Zərifin məhkəməyə çıxarılmasını tələb edən bir qanun layihəsini imzalayıblar.

İngilis qəzeti “The Guardian” Zərifin rolunun əhəmiyyətini azaltmaq üçün ərəb ölkələrinin və ya İsrailin çox çalışdığını bildirib. Bu qiymətləndirmə həm də mühafizəkarların ölkə üzərindəki dəmir yumruqlarını gücləndirdiklərinə işarə edərək, Zərifi yandırmağı, onu və köməkçilərini sadəcə bir vitrin kimi göstərmək istədiklərini hədəfləyirdi.

Səsyazmanın sızdırılmasını İnqilab Keşikçiləri ilə əlaqələndirən və məqsədinin Zərifdən, onun qrupundan və onların Vaşinqtonla apardığı danışıqlardan qurtulmaq olduğunu deyənlər də var. Bu məlumatın düzgün olub-olmamasından asılı olmayaraq, Zərifin İran sistemindəki daxili və xarici nəticələri nəzərə almadan bu sözləri deyəcək qədər sadəlövh olduğunu düşünmək də heç asan deyil.

İranın və siyasətinin ehtiyaclara və ətraf mühit şərtlərinə görə rəngini və ya qabığını dəyişdirməsi təəccüblü deyil, bu, İranın əsas xüsusiyyəti olan “riyakarlığın” bir hissəsidir.

Tehranın çox ehtiyac duyduğu maliyyə çıxışına görə sanksiyaların bir qismini ləğv etmək məqsədilə Vyanadakı danışıqlarda uğurlu olmaq üçün hər şey etməyə hazır olduğunu deməyə ehtiyac yoxdur. Zərifin mövqeləri qrupunun effektivliyini artırır və Vaşinqtonu razılaşmaya qayıtmağa, tətbiq olunan sanksiyaları ləğv etməyə məcbur edir.

İrandakı siyasətçilərin və qərar qəbul edənlərin rolları və mövqeləri ilə bağlı qeyri-müəyyənlik kontekstində həmişə mövcud olan əsas ehtimallardan biri də bu sızdırmanın seçki kampaniyasından uzaq olmamasıdır. Lakin bunun nəticələrinin Zərifin xeyrinə olacağını başa düşmək çətindir. Danışıqların məhsuldar və uğurlu olmasını təmin edəcək, yoxsa ona qarşı aparılan danışıqlar yekunlaşdıqca siyasi arenadan kənarlaşdırılacaq? İran bölgədə geniş bir qarşıdurmanın qarşısını almaq üçün başda ABŞ olmaqla, Qərbin hazırda təzyiq göstərdiyi İsraili sıxışdırmaq məqsədilə Zərifə aid edilən bu sözlərdən istifadə etməyə çalışa bilər.

Bu vəziyyət isə üçüncü və ən təhlükəli durumu ortaya qoyur. “Natanz” nüvə təsisatında baş verən hadisə, İsrailə yönəldilən ittihamlar, yüksələn gəmi müharibəsi, “Dimona” nüvə təsisatının yaxınlığına düşən raket və sonuncu dəfə Səudiyyə Ərəbistanının Yanbu limanı yaxınlığında uzaqdan idarə olunan bir qayığa bomba yüklənməsi kimi hadisələrlə bir çox cəbhədə İsraillə İran arasında gərginlik yüksəlir.

İsrail və İranın müxtəlif səbəblərdən gərgin olduğu şübhəsizdir. Baş nazir Bünyamin Netanyahu ABŞ-ın İsrailin narahatlığına məhəl qoymadan İranla keçmiş razılaşmaya qayıtmasından qorxduğu üçün İsrailin Vaşinqtona qarşı ciddi bir inamsızlığı var. İsrail, xüsusilə İranın ballistik və həssas raketlərinin sərhədlərində yayılması və müttəfiq milislər vasitəsilə İran nüfuzunun genişlənməsindən narahatdır.

Təl-Əviv Vaşinqtonun keçmiş razılığa qayıtmasının qarşısını almaq üçün davamlı cəhd göstərəcək və hətta Bayden adminstrasiyası ilə daha da gərginliyə səbəb olsa da, Vaşinqtonu təhlükəli regional münaqişəyə sövq etməkdən də çəkinməyəcək. Bununla birlikdə, Bayden adminstrasiyası bu mərhələdə, çox güman ki, belə bir duruma sürüklənməkdən çəkinəcək. Çünki onların narahatlığı bir çox böyük daxili və xarici sənədlərə yönəlib. Bu sənədlərdən ən vacib olanları isə Baydenin qanunverici öncəliklərinə əlavə olaraq, Demokratların çoxluğu itirməsinə səbəb olan və dolaylı olaraq, Bayden siyasətinin tətbiq edilməsinə mane ola biləcək Konqresin aralıq seçkiləri ilə bağlı narahatlıqlardır.

Tehranın gərginliyinə gəldikdə isə onun təbiəti fərqlidir. Çünki Vaşinqtonun bölgədəki silahlı qarşıdurmaya sürüklənmək istəməməsindən və geri çəkilmə siyasətini tamamlamaq istəyindən maksimum dərəcədə istifadə etməyə çalışır. Birincisi, Vaşinqtonu razılaşmaya qayıtmağa və sanksiyaları ləğv etməyə təşviq etməyə, ikincisi, bölgədəki ölkələrin təhlükəsizliyi və sabitliyi hesabına təsirini mümkün qədər genişləndirməyə çalışır. Bu siyasət Tehran tərəfindən on illərdir istifadə olunur. Nə ABŞ-ın keçmiş prezidenti Donald Trampın maksimum sanksiya siyasəti, nə də Barak Obamanın qəbul etdiyi yumşaq güc, diplomatiya və nüvə sazişi siyasəti onu dayandıra bildi. Görünən odur ki, hazırkı adminstrasiya da Obamanın siyasətinə çox ehtiyatla və tərəddüdlə də olsa meyil göstərir.

Vaşinqtonun bu baş verənlərə və sızdırmalara nə cür reaksiya verəcəyini təxmin etmək çətindir, ancaq xüsusilə, hər iki ölkə daxildə böhran içində olduğu üçün İsrail və İranın müxtəlif təzyiqlərə tabe olmayacağı da təxmin edilir. İran böhranının səbəbləri açıqdır: sanksiyalar, korona pandemiyası, rejimə qarşı artan qəzəb və daxili iğtişaşlar hər nə qədər mühafizəkarların formal və möhkəm nəzarəti altında olsa da, bunlar gözardı edilməməli olan proseslərdir.

Siyasi həyatdan kənarda qalmağın astanasında olan Netanyahu və İsrailə gəlincə də böhranın səbəbi içəridəki siyasi parçalanmadır. Başqa bir səbəb də, ümumilikdə Qərbin və xüsusən, ABŞ-ın 10 ildən çoxdur hakim olan İsrail sağçı siyasətinə münasibətdə dəyişən yanaşmaları ilə bağlı narahatlıqdır. İki aktiv regional güc arasında hökm sürən böhran və gərginlik mühiti sabitlik üçün yaxşı bir şey vəd etmədikcə, gözləmə vəziyyəti də davam edəcək.

Tərcümə PİA.az-ındır.
Fatimə ƏLİYEVA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran XİN: Cavad Zərifin Bakıya səfəri hökmən baş tutacaq

    İran XİN: Cavad Zərifin Bakıya səfəri hökmən baş ...

    21-12-2020, 16:54

  • 
  • Ruhani Zərifin istefasını qəbul etmədi

    Ruhani Zərifin istefasını qəbul etmədi ...

    26-02-2019, 11:51

  • 
  • Məhəmməd Cavad Zərif indi də İrəvana getdi

    Məhəmməd Cavad Zərif indi də İrəvana getdi ...

    27-01-2021, 12:05

  • 
  • İran ABŞ-a xəbərdarlıq edib

    İran ABŞ-a xəbərdarlıq edib ...

    23-04-2018, 11:25

  • 
  • "And içirəm ki, koronavirusa yoluxmamışam" - İRAN XİN BAŞÇISI

    "And içirəm ki, koronavirusa ...

    24-02-2020, 15:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu