İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-a xəbərdarlıq edib.
O bildirib ki, əgər ABŞ beynəlxalq nüvə razılaşmasından çıxsa, İran buna cavab olaraq öz nüvə proqramını bərpa edəcək və onu daha sürətlə inkişaf etdirəcək.
Zərifin sözlərinə görə, İran beynəlxalq razılaşmanın şərtlərinə tam əməl edir.
Razılaşma 2015-ci ildə əldə edilib. ABŞ-la yanaşı razılaşmanın əldə edilməsində Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin də iştirak edib.
ABŞ prezidenti Donald Tramp bildirir ki, saziş onun ölkəsinin maraqlarına cavab vermir.
Sorğu
Yeni dizaynımız necədir?