"Adamlar “dövlət”dən 68 min dram(təxm. 217 manat- S.L.) alır və çoxları bundan məmnundur. 100-150 min dramlıq(təxm. 318-477 manat) maaş yaxşı hesab olunur. Ordudakı kimi 300 min dramlıq(təxm. 953 manat) əmək haqqı yalnız xəyal olunacaq o bir şey sayılır. Sadəcə, “dövlət” sektorundan kənar bir iş yoxdur. Pulsuz mənzil və digər vədlərə, əsasən tikinti prosesi zamanı adi oğurluq, qohumluq və korrupsiya hekayələri səbəbindən xüsusi bir inam yoxdur...”
Moderator.az xəbər verir ki, bu sətirlər Ermənistanın Vatikandakı keçmiş səfiri, terrorçu eks-prezident Serjik Sırkisyanın kürəkəni Mikael Minasyanın özünün teleqram- kanalında təqdim etdiyi yaxın bir dostunun Qarabağ səfərindən sonra ona yazdığı məktubdandır.
“Hamı yalnız siyasətdən danışır. Mövzunu dəyişdirməyə çalışsan da, hər şey yenə siyasətə qayıdır. Nikolun(Paşinyanın-S.L.) anasını söyürlər. Bizi(Ermənistandakı erməniləri –S.L.) onu hakimiyyətə gətirdiyimizə və qova bilmədiyimizə görə günahlandırırlar. Araık haqqında susurlar. Ola bilsin, mənimlə - Ermənistandan olan bir yad adamla, ya da başqa bir səbəbdən onu müzakirə etmək istəmirlər. Sülhməramlılara ümid bəsləyirlər. Tezliklə Rusiya pasportlarının verilməyə başlayacağı, Qarabağda bir rus bazası qurulacağı, Putinin Araıklə gizli görüşməsi və bunlara bənzər çox sayda tamamilə inanılmaz konspiroloji şayiələr gəzir. Hər zamanki kimi hər kəs hansısa bir “əmi”nin tezliklə bütün problemləri(yaxşı olar ki, özlərinin birbaşa iştirakı olmadan) mütləq həll edəcəyinə ümid edirlər...
Bir sözlə, qısa desək, Artsaxın tamamilə itirildiyini hiss edirəm...” –deyə Yuxarı Qarabağdan yenicə qayıtmış erməni M.Minasyana məktubunun davamında yazır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?