Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012) Zurab Adeişvili Gürcüstan vətəndaşlığından məhrum edilib.
Bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Z.Adeişvili Ukrayna vətəndaşlığı aldığından Gürcüstan vətəndaşlığından imtina etməsi ilə bağlı bu ilin martın 4-də müraciət edib.
Sənədə baxılandan sonra vətəndaşlığa xitam verilməsi ilə bağlı qərar Gürcüstan prezidentinə təqdim olunub. Dövlət başçısı ötən gün qərarı təsdiqləyib və sabiq nazir Gürcüstan vətəndaşlığından məhrum edilib./report/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?