Rusiyada İctimai Rəy Fondu (FOM) tərəfindən aparılan sorğunun nəticələrinə görə məlum olub ki, vətəndaşların yarıdan çoxu Prezident Vladimir Putinə etibar edir.
Rəyi soruşulanların 55% -i prezidentə "daha çox güvəndiklərini", respondentlərin 32% -i dövlət başçısına "etibar etmədiklərini", digər 13% isə cavab verməkdə çətinlik çəkdiyini söyləyib.
Sorğuda iştirak edənlərin 58% -nin fikrincə, Putin öz vəzifəsinin öhdəsindən yaxşı gələ bilir. Əks fikirdə olanlar isə 26% təşkil edib. 16% cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğu 6-8 may tarixlərində Rusiya Federasiyasının 53 ərazisinin 104 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1,5 min respondent arasında aparılıb./azvision.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?