Bu barədə “Pew Research Center” (PRC) araşdırma mərkəzi tərəfindən keçirilən sorğu zamanı məlum olub. Sorğuya əsasən, dünyanın 37 ölkəsində Trampın siyasətinə inanmırlar. Bu ölkələrin əhalisinin yarıdan çoxu düşünür ki, Tramp Amerikanın xarici siyasətində böyük səhvlərə yol verir.
Sorğuda iştirak edənlərin 22 faizi Trampa etimad göstərir. Sorğunun nəticələrinə əsasən, respondentlərin 74 faizi Trampın yürütdüyü beynəlxalq siyasətə güvənmir.
Müqayisə üçün deyək ki, PRC mərkəzi ötən il 37 ölkədə keçirdiyi sorğuda ABŞ-ın 44-cü prezidenti Barak Obamaya inam daha yüksək idi. Həmin dövrdə Obamaya 64 faiz insan inanırdı.
Qeyd edək ki, Donald Trampın ölkə əhalisi tərəfindən də dəstəklənmir. “Gallup”ın martın 28-də apardığı sorğunun nəticəsinə əsasən respondentlərin 35%-i ABŞ prezidentinin fəaliyyətini müsbət qiymətləndirib.
Müqayisə üçün deyək ki, ABŞ-ın 44-cü prezidenti olan Barak Obamanın seçildiyi dövrdə eyni sorğu aparılmışdı. Həmin dövrdə Obama 78 faiz səs qazanmışdı. Eyni sorğuda Kiçik Corc Buş 62%, Bill Klinton isə 66 % səs toplamışdı./ölkə.az/
Sorğu
Yeni dizaynımız necədir?