ABŞ Prezidenti Co Bayden Donald Trampın təsdiq etdiyi yeddi fərmanı ləğv edib.
Ağ Evin yaydığı məlumatda belə deyilir.
Bununla Tramp tərəfindən imzalanan tibbi sığorta, dotasiya, abidələrin, heykəllərin qorunması, habelə məmurların müxtəlif qayda pozduğuna görə mühakimə edilməkdən qorunması, onlayn senzuranın qarşısının alınması və s. fərmanlar artıq qüvvədən düşmüş hesab edilir.
Baydenin imzaladığı fərmanda qeyd edilib ki, bunlar ABŞ-ın maraqlarına cavab vermir.
APA xatırladır ki, ləğv edilən fərmanlar Tramp tərəfindən 2020-ci ilin mayından 2021-ci ilin yanvarınadək olan müddətdə imzalanmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?