ABŞ prezidenti Donald Tramp qarşıdakı seçkilərdə əsas rəqibi, Demokrat partiyasından prezidentliyə namizəd Co Baydeni həmişə maska ilə gəzməsinə görə ələ salıb.
GundemXeber,Az xəbər verir ki, bu barədə “The Hill” saytında məlumat yayılıb.
“Deyəsən maska onun xoşuna gəlir ki, bu da tamamilə normaldır. Amma əgər bu oğlan bütün pulunu plastik əməliyyata xərcləyibsə, o zaman maska onun nəyinə lazımdır”, - deyə Birləşmiş Ştatların dövlət başçısı Pittsburqdakı tərəfdarlarına səslənib.
Donald Tramp həmçinin Baydenin seçki qərargahını onu səhiyyə sistemində çalışanlardan uzaq tutmasına görə məsxərəyə qoyub.
Qeyd edək ki, iki namizəd arasında ilk debat bu ilin sentyabr ayının 29-da, Klivlend şəhərində baş tutmalıdır.
“Mən Trampla debat səhnəsinə çıxmağı və onu yerində oturtmağı səbirsizliklə gözləyirəm. Çünki xuliqanlarla necə mübarzə aparmağı gözəl bilirəm”,-deyə Co Bayden söyləyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?