İsrailin Baş naziri Benyamin Netanyahu, paytaxt Təl-Əvivdəki xarici səfirliklər və missiya nümayəndələri ilə görüşdə Qəzzaya edilən hücumlarla bağlı açıqlamalar verib.
Netanyahu, "Hücumlar Həmasın gücünü azaltmaq üçündür. Mübarizə edə biləcəyimiz yalnız iki üsul var: ya tamamilə işğal edəcəyik, ya da geri çəkiləcik. Hal-hazırda biz ən sərt çəkindirmə siyasətini izləyirik",- deyə ifadə işlədib.
Bildirək ki, İsrailin Qəzza zolağına 10 Maydan bəri etdiyi hücumlarında 215-dən çox fələstinli ölüb./unikal.org/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?