GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya “Koçaryan variantı”ndan imtina edir? – Baş nazir olmağa ən real iddiaçılar kimlərdir?

Rusiya “Koçaryan variantı”ndan imtina edir? – Baş nazir olmağa ən real iddiaçılar kimlərdir?

Tarix: 22-05-2021, 11:11 Bölmə :Dünya Baxış: 307


Elxan Şükürlü yazır

Ermənistanda qızışan seçki ehtirasları Azərbaycanda da hədsiz maraq və diqqətlə izlənir. Çünki bu seçkilərin nəticələri təkcə Ermənistanın taleyini müəyyənləşdirməklə kifayətlənməyəcək, həm də Azərbaycanla münasibətlərin gələcəyini aydınlaşdıracaq.

Hazırda Azərbaycanda bir çoxlarında bu düşüncə hakimdir ki, rusiyayönümlü qüvvələrin əsas lideri Robert Koçaryan qalib gələrsə, bu, Ermənistanda revanşistlərin dirçəlişini sürətləndirəcək və onlar Qarabağa yerləşmiş rus hərbçilərinin köməyindən istifadə etməklə, ərazilərimizi təkrar işğala cəhd göstərəcəklər. Bu səbəbdən Azərbaycanda yenidən savaş istəməyən kəsim qərbyönümlü qüvvələrin lideri Paşinyanın qələbəsini daha çox arzulayır və hətta Azərbaycan hakimiyyətindən də Paşinyanın erməni cəmiyyətində mövqeyini gücləndirəcək hansısa addımlar atılmasını gözləyirlər...

Əlbəttə, Azərbaycan torpaqlarının işğalında və Xocalı qətliamının törədilməsində əsas rol oynamış hərbi cinayətkar Koçaryanın yenidən hakimiyyətə gəlişi darmadağın olmuş Ermənistan ordusunu və üstəlik, müharibə istəməyən erməni cəmiyyətini toparlmaqda xeyli vaxt itkisi demək olmaqla bərabər, həm də əldə edilmiş Üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsində və gələcək sülh danışıqlarının aparılmasında psixoloji və siyasi maneələrin yaranması deməkdir.

Ancaq nəzərə alsaq ki, hazırda bölgədə həyata keçirilən plan “rus planı”dır, o halda Rusiyanın öz planının həyata keçməsini ləngidəcək, ona mane olacaq və sülhməramlı missiyasını sual altına salacaq, Ermənistanı qazanmaq istərkən Azərbaycanı da birdəfəlik itirməsiylə nəticələnəcək "Koçaryan variantı"nı seçəcəyi qətiyyən ağlabatan görünmür.

Əksinə, Rusiya üçün Qarabağ problemi Qərblə, xüsusən də ABŞ-ın yeni administrasiyası ilə münasibətlərdə uzlaşma əldə ediləcək əsas müstəvilərdən biri və bəlkə də birincisi sayılır ki, bu, ABŞ dövlət katibi Blinkenlə və Rusiya xarici işlər naziri Lavrovun Reykyavik görüşündə bir daha üzə çıxdı: tərəflər münaqişənin uzunmüddətli həllinin zəruriliyi haqda ortaq bəyanatla çıxış etdilər və bu mövqenin planlaşdırılan Bayden-Putin görüşündə daha konkret şəkildə ifadə olunacağı da qaçılmazdır. Üstəlik, Rusiyanın Qarabağda yerləşməsinə legitimlik qazandıra bilməyəcəyi çəkingənliyi yaşadığı və bu səbəbdən Ermənistanda Paşinyan hakimiyyətini hərbi çevriliş yoluyla devirməkdən yayındığı da aşkar görünür.

Belə anlaşılır ki, ABŞ və Rusiya arasında Ermənistanda hakimiyyətin taleyinin məhz seçki yoluyla müəyyənləşməsi, gələcək sülh danışıqlarını legitim bir hakimiyyətin aparması haqda pərdəarxası razılaşma var və tərəflərin hər biri də buna əməl etmək öhdəliyi götürüblər.



Belə bir razılaşmanın mövcudluğunu Ermənistanın ilk prezidenti, 76 yaşlı siyasətçi Levon Ter-Petrosyanın seçkiyə qatılmaq istəyi də təsdiqləyir. Onun sabiq prezidentlərə seçkiyə eyni blokda getmək və Baş nazirliyə namizədliklərini də irəli sürməmək öhdəliyi götürmək təklifiylə çıxış etməsi çox ciddi hadisədir. Petrosyanın, təklifindən imtina edən Koçaryanı sərt şəkildə “dövlət maraqlarını düşünməyən” və “Paşinyandan qisas almağa çalışan şəxs” kimi xarakterizə etməsi isə onun indidən seçkidə ikinci prezidentə qarşı cəbhə açacağının anonsu sayıla bilər...

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın isə öz namizədliyini irəli sürməsə də, həmyerlisi və keçmiş cinayət ortağı Koçaryanla deyil, sabiq MTX rəhbəri, FTX məzunu Artur Vanetsiyanla seçki bloku yaratması da Koçaryanın uğur qazanmayacağına inamsızlığın ifadəsi olmaqla yanaşı, həm də Rusiyanın öz qüvvələrini heç də Koçaryanın ətrafında cəmləmədiyini göstərir.

Görünən odur ki, son 6 ayda Ermənistandakı daxili ictimai rəyi öz lehinə dəyişə bilməyən və revanşistlərin mövqeyinin hədsiz zəif olduğunu görən Rusiya üçün indiki mərhələdə ən vacibi Putinin dostu olan Koçaryanın Ermənistanın Baş naziri gətirilməsi deyil, onu cinayət təqibindən qurtarmaq üçün Ermənistan parlamentinə keçidini təmin etmək və gələcək Baş nazirə əsas təzyiq silahı kimi qoruyub saxlamaqdır.

Yeri gəlmişkən, onu da xatırladaq ki, Koçaryanın 2001-ci ildə Ki-Uestdə Heydər Əliyevə təklif etdiyi və amerikalıların da dəstəklədiyi sülh planında ərazi mübadiləsi – “Laçın dəhlizi” əvəzinə suveren “Zəngəzur dəhlizi”nin verilməsi əsas yer tutub. Bunu o, Rusiyada çapdan çıxmış “Həyat və azadlıq” adlı memuarında detallı şəkildə göstərib. İndi onun özünün “Zəngəzur dəhlizi”nin açılmasının əleyhinə çıxması da seçkiqabağı piardan başqa bir şey deyil və müharibədən xeyli itirmiş, yorulmuş, bezmiş və məğlub Ermənistan seçicisi üçün qətiyyən cəlbedici deyil...

Qarşıdakı 1 ay ərzində fövqəladə hər hansı bir situasiya yaranmazsa, böyük ehtimalla, Ermənistanın yeni Baş naziri olmağa ən real iddiaçılar da elə Nikol Paşinyan, Artur Vanetsiyan və Levon Ter-Petrosyan olacaq. O kəslər ki, Azərbaycanla savaşın yox, barışın tərəfdarı kimi çıxış edəcəklər.../pia.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Robert Koçaryan istintaqa ifadə verməkdən imtina edib

    Robert Koçaryan istintaqa ifadə verməkdən imtina ...

    4-08-2018, 13:45

  • 
  • Koçaryan seçkilərdə iştirakdan imtina etdi

    Koçaryan seçkilərdə iştirakdan imtina etdi ...

    13-10-2018, 19:26

  • 
  • Koçaryan: “Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm” - Ermənistan QARIŞIR

    Koçaryan: “Paşinyanı mənə ilişdiyinə görə peşman ...

    13-09-2018, 15:55

  • 
  • Koçaryan və Ohanyanın məhkəməsinin başlayacağı tarix açıqlanıb

    Koçaryan və Ohanyanın məhkəməsinin başlayacağı ...

    9-05-2019, 16:44

  • 
  • Paşinyan: “Sabah Qarabağa gedirəm...”

    Paşinyan: “Sabah Qarabağa gedirəm...” ...

    8-05-2018, 16:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (278)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu