Ermənistanda Qarabağ döyüşlərində itkin düşən hərbçilərin yaxınları etiraz aksiyası keçirir.
Yerevanın Heratsi küçəsini bağlayan etirazçılar övladlarının cəsədlərini tələb ediblər.
Etirazçılardan biri Movses Şakaryan Qarabağda açıqlanandan çox cəsədin tapıldığını, lakin ictimaiyyətin qınağından qorunmaq üçün onların soyuducularda saxlanıldığını deyib. Həmin soyuducularda cəsədlərin çürüməməsi üçün temperaturun təmzimləndiyi bildirilir.
“Bizə təqdim olunan rəsmi sənədlərə əsasən, Qarabağda tapılan cəsəd sayı azaldılıb, morqlara isə açıqlandığından 2-3 dəfə çox cəsəd daxil olub”-deyə o söyləyib.
Əsgər yaxınları ictimiayyəti ölü sayı ilə şoka salmamaq üçün hakimiyyətin real itkiləri gizlətdiyini, ölən əsgərlərin qalıqlarını xüsusi soyuducularda saxladığını vurğulayıb.
Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağ döyüşlərində 4 min civarında hərbçinin öldüyünü desə də, ictimai təşkilatlar və jurnalistlər real ölü sayının 6 mindən çox olduğunu bildirir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?