"Nikol Paşinyan seçkilərdə qələbə qazanacaq, amma Köçəryan və onun dəstəklədiyi Rusiya prosesləri daha da körükləməyə, seçkilərin nəticələrinin tanınmamasına çalışacaqlar”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistanda hazırda seçkilər öncəsi siyasi vəziyyət gərgin olaraq qalır:
"Artıq indidən Paşinyana qarşı seçkiləri inzibati yolla saxtalaşdırılması, hətta ikinci Qarabağ mübaribəsində ölən əsgərlərin adından səslərin verilməsi kimi ittihamlar səsləndirilir. Görünür, Ermənistanda artıq seçki günü və ondan sonra yeni bir böhranın, etirazların formalaşmasına zəmin yaradılır. İyunun 20-də Paşinyanın qələbə çalacağı təqdirdə, hərbi erməni silahlı birləşmələri və digər Köçəryana dəstək verən generallar, hərbçilər bu məsələdə Rusiyanın təlimatı ilə məsələni şişirdə bilərlər”.
Müsahibimiz bildirib ki, Nikola qarşı silaha əl atıla və vətəndaş müharibəsinə gedilə bilər.
"Paşinyanın seçilməsi ilə heç də vəziyyətin stabil olacağını gözləmək olmaz. O da çalışır ki, ümumi prosesə nəzarət etsin”, - deyə politoloq qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?