İranda F-5 qırıcısının katapultunun başlaması nəticəsində Hava Qüvvələrinin iki pilotu həlak olub. Həmin anda qırıcı yerdə olub. Pilotlar havaya qalxmağa hazırlaşırmışlar.
Bu barədə yerli media qurumları məlumat yayıb.
Hadisənin 1 iyun çərşənbə axşamı səhər, ölkənin cənub-qərbindəki Xuzistan əyalətindəki Disful bazasında baş verdiyi bildirilir. Bu, son bir ayda ikinci dəfə İranın hərbi təyyarələrində gözlənilməz şəkildə xilasetmə sisteminin işə salınmasıdır.
Amerikanın F-5 qırıcıları 40 ildən çoxdur İranla xidmətdədir. Onların tədarükü XX əsrin 70-ci illərində həyata keçirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?