Rəsmi İRNA agentliyinin verdiyi məlumata görə, çərşənbə günü İranın cənub-qərbində maskalı silahlılar hərbi təhlükəsizlik qüvvələrinin yerli komandirini, bu yaxınlarda Amerikanın Bağdadda öldürdüyü İran generalı Qasım Süleymaninin silahdaşıni qətlə yetirib.
Öldürülən komandir Əbdülhüseyn Mocəddəmi Dərxoyin şəhərində İnqilab Keşikçiləri Qvardiyasının daxili təhlükəsizlik və digər vəzifələri üçün icra edilən Bəsic qüvvələrinə rəhbərlik edirdi.
Mocəddəmi ölkənin neftlə zəngin Xuzistan vilayətindəki qəsəbədəki evinin qarşısında odlu silahla öldürülüb.
İRNA biri avtomat, digəri isə ov tüfəngi ilə silahlanmış motosikletdəkı iki şəxsin Mocəddəmini pusquya salaraq öldürdüyünü bildirib. Digər İran mediasının verdiyi məlumata görtə, silahlı şəxslərin üzlərində maska olub və dörd dəfə atəş açılıb.
Baş vermiş hadisə üzrə araşdırmalar aparılır.
Əbdülhüseyn Mocəddəminin komandiri olduğu Bəsic dəstəsi noyabr ayında bölgədə keçirilən nümayişlər zamanı etirazçılara qarşı güc tətbiq etmiş, çox sayda etirazçı öldürülmüş və yaralamışdı.
Amnesty International təşkilatı ölkə boyu keçirilən nümayişlər zamanı 300-dən çox etirazçının öldürüldüyünü bildirsə də, İran ölənlərin sayını açıqlamamışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?