Bu sözləri “Sherg.az”a politoloq Tofiq Abbasov bildirib. T.Abbasov qeyd edib ki, onların bir nömrəli müttəfiqi Rusiyadır. Lakin Makron və onun ölkəsi canfəşanlıq edib bölgədəki proseslərə qatılmaq istəyirlər:
“Vaxtaşırı olaraq Rusiya və Fransa prezidentləri bölgədəki durum barədə danışıblar. Ancaq Makron Qərb səlahiyyətlərini üstün tutaraq Amerika ilə münasibətlərini tarazda saxlayır. Bu baxımdan Ermənistan həqiqətən də çaşqın vəziyyətdədir. Bir halda ki, bölgədə nəzarət Azərbaycanın əlindədir, Türkiyə kimi dövlət yanımızdadır.
Ona görə də Cənubi Qafqazda mövcud ola bilmək üçün sülhə əməl etməlidirlər. Ümumiyyətlə, məğlub olan tərəf reallıqla razılaşmalıdır. Ermənistanda əsasən radikal qüvvələr Paşinyana qarşı çıxış edib, yeni gərginlik yaradırlar. Yeganə çıxış yolları budur ki, Ermənistandakı heç bir kənar qüvvələrə müraciət etmədən birbaşa Azərbaycanla əlaqə qursunlar”.
T.Abbasov qeyd edib ki, Paşinyanın Fransaya səfəri seçki kampaniyasının tərkib hissəsidir:
“Baş nazir çalışır öz tərəfində olan və ona qarşı çıxan şəxslərə göstərsin ki, nüfuzu var, onunla hesablaşır və dəvət edirlər. Məlumdur ki, Ermənistan yenə də təxribatlarına davam edir. Amma bunların heç birinin onlara xeyri olmayacaq. Azərbaycan prosesləri nəzarətdə saxlayaraq, lazım olan anda qərar verməklə hər şeyi yoluna qoyur. Ona görə də Makronla aparılan danışıqların heç bir əhəmiyyəti yoxdur”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?