Fransa prezidenti Emmaneul Makron və Rusiya prezidenti Vladimir Putin arasında Moskvada Fransa-Rusiya əməkdaşlıq şurasının bazar ertəsi iclasından öncə telefon söhbəti baş tutub. Bu haqda Fransa prezidentinin administirasiyasından bildiriblər.
İki lider telefon söhbəri zamanı Ukrayna və Rusiya arasında məhbus mübadiləsini müzakirə edib. Makron və Putin məhbus mübadiləsini müsbət inkişaf kimi qiymətləndirərək, bunun Kiyev və Moskva arasında problemlərin qarşıdan fələn “Normandiya dördlüyü”nün zirvə görüşündə müzakirəsinə stimul verdiyini bildirib. Qrupa Fransa və Rusiya ilə yanaşı, Almaniya və Ukrayna da daxildir.
Fransa prezidentinin ofisindən bildirildiyi kimi, Makron və Putin həmçinin İran ətrafında yaranmış qlobal gərginlikləri də müzakirə edib. Fransa və Rusiya bütün tərəflərin gərginlikərin azaılmasına çalışacağına ümidlərini ifadə edib.
Makron bu yaxınlarda Böyük Yeddiliyin Fransada keçirilən sammitində bildirib ki, Avropa qitəsində Rusiya ilə münasibətlərdəki problemlər həll edilmədən sabitlik və təhlükəsizlik bərqərar olmayacaq. Sammitdən sonra xarici ölkə diplomatları ilə danışan Makron müttəfiqlərin Ukraynada təcavüzə görə Rusiya ilə hər hansı danışıqları rədd etdiyini etiraf edib.
ABŞ prezidenti Donald Tramp Böyük Yeddliyin sammiti zamanı Rusiyanın qrupa yenidən daxil edilməsi ilə bağlı fikir səsləndirib. Rusiya 2014-cü ildə Ukraynanın Krımı yarımadasını işğal etdikdən sonra elitar qrupdan kənarlaşdırlıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?