Alimlər son 30 ildə baş verən bir sıra dəyişiklikləri müşahidə edərək Avropanın nədən məhv olacağının səbəblərini açıqlayıblar
Dünya Alimlər Avropada son 30 ildə baş verən bir sıra dəyişiklikləri müşahidə edərək araşdırıblar. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, İsveç alimləri Avropanın məhv olacağı səbəbləri açıqlayıblar. Onlar bildirirlər ki, köhnə dünyadan gələcək iqlim dəyişikləri çoxlu ölümlərə səbəb olacaq. Bu qitədə son illərdə müşahidə olunan sərt isti və sərt soyuqlar bir sıra ölümlərə gətirib çıxarıb. İsveç alimlərinin qənaətincə 1980-ci ildən sonrakı dövrdə qeyri-normal temperatur dəyişikliyi nəticəsində Avropada ölənlərin sayı 2 dəfə artıb.
"Nature Climate Change" (Təbii İqlim Dəyişikliyi) adlı jurnalda çap olunan məqalədə XX əsrin əvvəllərindən son illərə qədər qeydə alınan iqlim dəyişikləri və onların təsiri haqda müxtəlif mülahizələr yer alıb. Nəşr qeyd edir ki, son dövrlərdə Avropadakı paytaxt şəhərlərinin temperaturuna baxdıqda Paris və Londonda təminən 10 dərəcəyə qədər istilik artıb. Bu hal İsveçrədə də yaşanmaqdadır.
Alimlər bir müddət öncə iqlim dəyişikliyindən ən çox zərər görən ölkələrin xəritəsini hazırlamışdılar. Hansılar ki, oraya Cənub-şərqi Asiya, Ural və Qərbi Sibir, Mərkəzi Avropa, Cənubi Amerikanın şərqi və Avstraliya daxildir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?