Firudin Qurbansoy: "21 dekabrda nəyinsə baş verməsi üçün nə insani, nə elmi, nə də ruhani səbəb var"
“Yaponiyadakı sunami təşkilatların oyunudur”. Modern.az-a açıqlamasında bu sözləri astroloq Firudin Qurbansoy deyib. “Amerika iqlim silahlarından istifadə edərək, istədikləri yerdə sunami edə bilər. Yaponiya da biznes sahəsində onların böyük rəqibidir, onları sındırmalıdırlar. Bir dəfə sındırdılar, bu dəfə də bunu təkrar etmək istəyirlər”.
F.Qurbansoy qeyd edib ki, 21 dekabr söhbətini də amerikalıların özləri salıblar. Onun sözlərinə görə, 21 dekabrda nəyinsə baş verməsi üçün nə insani, nə elmi, nə də ruhani səbəb var.
Qeyd edək ki, dünən Yaponiyanın şimal-şərq sahilində baş verən zəlzələ təqribən 1 metrə yaxın sunami ilə nəticələndi. Yeraltı təkanlar Yaponiyanın 35 rayonunda, o cümlədən Miyako, Fukusima və digər paytaxt regionlarında olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?