Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Bu barədə Türkiyə KİV-i dövlət başçısının admimnistrasiyandaki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, danışıqlar zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Tərəflər Suriya və İraqdakı vəziyyəti, terrorizmə qarşı mübarizəni müzakirə edib, iki ölkə arasında əməkdaşlığı inkişaf etdirməyə davam edəcəklərini təsdiqləyiblər.
Söhbət zamanı həmçinin Qəzza zolağında baş verən hadisələrə toxunulub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?