“Meyitlərin sahiblərinə qaytarılmamasının səbəblərindən biri Ermənistanda cəsədlərin identifikasiyası üçün gərəkən avadanlıqların məhdud sayda olmasıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın Martuni şəhərindəki morqda Qarabağda hərbi əməliyyatlar zamanı ölən hərbçilərin meyitlərinin qalıqlarının soyuducularda saxlanılmasının səbəblərindən danışarkən deyib. Ekspert hesab edir ki, bu cəsədlərin bəziləri Ermənistana aid deyil:
“Bu barədə əvəllər də erməni mətbuatında iradlar səslənirdi. İkinci səbəb bu cəsədlər arasında bəzilərinin Ermənistana deyil, digər dövlətlərdən gələn və Qarabağda Azərbaycana qarşı savaşan muzduluların olması ilə əlaqəli ola bilər. Üçüncü versiya isə budur ki, Ermənistan tərəfi cəmiyyətin qınağına tuş gəlməmək məqsədi ilə cəsədləri həm birinci, həm də Aprel hadisələri zamanı olduğu kimi ikinci Qarabağ müharibəsindən sonra da mümkün qədər az-az, daha kiçik patiyalarla valdeyinlərinə çatdırırlar”.
Ekspert bildirib ki, bu prosesdə hansısa tələb olunmayan cəsədlər var:
“Hansı ki valdeyinləri onları axtarmır və bu məqsədlə Ermənistan hakimiyyəti onu bir miqdar saxlayır. Bu da mümkündür. Yəni, meyitləri verəcək bir insan tapılmalıdır. Ümumilikdə isə Ermənistanın İranda, Azərbaycanda və ya digər yerlərdə axtardığı cəsədləri öz morqlarında axtarması daha məqsədəuyğun olar”.
Qeyd edək ki, Martuni morqunun patoloqu Artaş Xaçatryan bildirib ki, Ermənistanın Geqarkunik vilayətinin Martuni şəhərindəki morqunda Qarabağda hərbi əməliyyatlar zamanı ölən hərbçilərin meyitlərinin qalıqları soyuduclarda saxlanılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?