GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Amerikalı analitik: "Ermənistan mina xəritələrinin təhvil verilməsindən boyun qaçıra bilməz"

Amerikalı analitik: "Ermənistan mina xəritələrinin təhvil verilməsindən boyun qaçıra bilməz"

Tarix: 18-06-2021, 14:11 Bölmə :Dünya Baxış: 307


“Bəzi analitiklərin mina sahələrinin xəritələrinin mövcudluğuna şübhə ilə yanaşmasına və hətta erməni hərbçilərin sırf səriştəsizlikdən basdırılmış bütün minaların yerlərini yadda saxlaya bilmədiklərini hesab etməsinə baxmayaraq, Azərbaycan ərazilərində mina basdırılmasının planlaşdırılmış və mütəşəkkil şəkildə həyata keçirildiyi göz qabağındadır".

Bunu “Report”a açıqlamasında amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik və hüquqşünas İrina Sukerman Azərbaycanın Ağdam rayonu üzrə mina sahələrinin xəritələrinin Ermənistan tərəfindən təhvil verilməsini şərh edərkən bildirib.

Onun fikrincə, Qarabağda ərazilərə mina basdırılması ilə bağlı əmr Ermənistan rəhbərliyi tərəfindən verilib və bu, heç bir halda aşağı vəzifəli məmurların və ya hərbçilərin özbaşına fəaliyyətinin nəticəsi deyil: “Rəsmi İrəvan tərəfindən törədilmiş hərbi cinayətlərin bu əlavə sübutlarından indi mina sahələrinin qalan xəritələrini almaq üçün siyasi təzyiq vasitəsi kimi istifadə etmək olar”.

Ekspert deyib ki, bir halda ki, Ermənistan Ağdam rayonu üzrə mina sahələrinin xəritələrini artıq təqdim edib, gələcəkdə rəsmi İrəvanın bu məsələdən boyun qaçırmaq cəhdləri mənasız olacaq və bu, əlavə siyasi güzəştlər əldə etmək cəhdi kimi qəbul ediləcək.

İyunun 20-də Ermənistanda keçiriləcək parlament seçkilərinə gəlincə, İ.Sukerman qeyd edib ki, sorğulara əsasən Ermənistanın sabiq prezidenti Robert Koçaryanın başçılıq etdiyi siyasi alyans da əhali arasında populyarlığa malikdir, bu isə ölkədə revanş əhval-ruhiyyəsinin hökm sürməsi ilə bağlıdır.

“Ermənistanda keçirilən son sorğular (əgər onları dəqiq hesab etmək olarsa) göstərir ki, ardıcıl uğursuzluqlarına baxmayaraq, Paşinyanın partiyası kifayət qədər ciddi fərqlə liderlik edir. Lakin son həftələrdə Koçaryanın başçılıq etdiyi “Ermənistan” siyasi alyansı kifayət qədər sürətlə irəliləyir. Növbədənkənar seçkilər iyunun 20-də keçirilməlidir və əgər Paşinyanın partiyası “Ermənistan” alyansı ilə razılığa gələ bilməsə, bütün bunlar Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnəcək. Koçaryan kimi fiqurun sorğularda uğurlu səslər qazanması sübut edir ki, Ermənistanda revanş əhval-ruhiyyəsi kifayət qədər yüksəkdir. Əhali həmçinin Paşinyanın noyabr və yanvar danışıqlarındakı davranışından narazıdır”, - ekspert vurğulayıb.

İ.Sukermanın fikrincə, Ermənistan cəmiyyətində hökm sürən millətçi əhval-ruhiyyə və mümkün hakimiyyət dəyişikliyi qeyd olunan razılaşmaların pozulmasına gətirib çıxara bilər: “Son zamanlar Ermənistan-Azərbaycan sərhədində erməni hərbçiləri tərəfindən pozuntu hallarının artması müşahidə olunur. Bu da Ermənistandakı siyasi tendensiyalardan xəbər verir".

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bütün dünya bu arılardan danışır

    Bütün dünya bu arılardan danışır ...

    20-05-2013, 23:19

  • 
  • PKK Türkiyədə mina partlatdı

    PKK Türkiyədə mina partlatdı ...

    24-05-2018, 13:53

  • 
  • Britaniyada Ermənistanın mina xəritələrini verməməsinə etiraz olaraq aksiyalar keçirilib

    Britaniyada Ermənistanın mina xəritələrini ...

    24-04-2021, 21:20

  • 
  • İrəvan Qarabağdakı itkiləri açıqladı-yaralılar Xankəndinə aparıldı

    İrəvan Qarabağdakı itkiləri açıqladı-yaralılar ...

    4-11-2017, 21:31

  • 
  • Yunanıstanda CNN-in jurnalistinin avtomobili yandırıldı

    Yunanıstanda CNN-in jurnalistinin avtomobili ...

    14-05-2019, 15:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu