Ermənistan işğal altındakı Azərbaycan ərazilərində verdiyi bugünkü itkiləri rəsmən açıqlamağa başlayıb.
Əldə etdiyimiz məlumata görə, 4 noyabr saat 12.10-da Dağlıq Qarabağdakı hərbi hissələrin birində tank əleyhinə minanın partlaması nəticəsində 1997-ci il təvəllüdlü əsgər Qrant Manqasaryan ölüb. Hərbçilər Gevork Xyusnunts və Sergey Alumyan isə qəlpə yaraları alıb.
Erməni mənbələr onu da bildirib ki, yaralılar Xankəndi hospitalına çatdırılıb. Ağır vəziyyətdə olan yaralıların əməliyyata götürüldüyü bildirilir.
Qeyd edək ki, bir az əvvəl erməni mənbələri sursat anbarında mina partlayışı nəticəsində 12 ermənə hərbçinin öldüyünü xəbər vermişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?