GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistanda yeni konstitusiya dəyişikliklərinin bəzi təfərrüatları üzə çıxıb;

Ermənistanda yeni konstitusiya dəyişikliklərinin bəzi təfərrüatları üzə çıxıb;

Tarix: 23-10-2013, 10:42 Bölmə :Dünya Baxış: 651
Ermənistanda yeni konstitusiya dəyişikliklərinin bəzi təfərrüatları üzə çıxıb;
“Qarabağ klanı” prezident postunu təhvil verir

Ermənistanda yeni konstitusiya dəyişikliklərinin bəzi təfərrüatları üzə çıxıb; prezident
postu uğrunda mübarizə indidən qızışıb

Ermənistanda ölkə konstitusiyasına dəyişiklik ediləcəyi barədə məlumatlar təsdiqlənib. Erməni KİV-lərinin məlumatına görə, konstitusiyanın dəyişdirilməsi ilə bağlı müzakirələr bir neçə ay davam edəcək. Ermənistan prezidenti Serj Sərkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyasının təşəbbüsü olan konstitusiya dəyişikliyi ilə ölkənin parlamentli respublika idarəçiliyinə keçməlidir. Ermənistan hökuməti 2014-cü ildə konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirməyi də planlaşdırır. Yeni konstitusiya ilə Ermənistanda “yarımprezident idarəetmə sistemi” ləğv ediləcək və əvəzində parlament hökuməti yaradılacaq.

Yəni Sərkisyan hazırkı səlahiyyətlərini parlamentin ixtiyarına buraxmalı olacaq. Bununla yanaşı, prezidentin az da olsa bəzi istisna, simvolik səlahiyyətləri olacaq.
Hakim Respublika Partiyasının üzvü David Arutyunyan bildirib ki, konstitusiya dəyişikliyi ilə bağlı uzun müddətdir müzakirələr aparılır: “2005-ci ildə ölkə konstitusiyasına daxil edilən məsələlər bu gün qənaətbəxş hesab olunmur”. Onun sözlərinə görə, artıq konstitusiyaya dəyişiklik edilməsinin zamanı gəlib çatıb: “Bəzi təhlükəli hesab olunan məqamlara görə konstitusiyaya dəyişiklik etmək lazımdır”. D.Arutyunyan istisna etməyib ki, bu dəyişikliklər paketi 2014-cü ilin əvvəlindən tez başa çatmayacaq. O həmçinin bildirib ki, parlamentli respublikaya keçiddən sonra növbəti parlament seçkilərində hakimi Respublika Partiyasının siyahısına hazırkı prezident Serj Sərkisyan başçılıq edəcək və qələbə qazanarsa, ölkənin baş nazir olaraq idarə edəcək.

Qeyd edək ki, hakim partiya müxalifət mətbuatında gedən bu məlumatları uzun müddət təkzib edib ki, bu da səbəbsiz deyil. Ermənistan hakimiyyəti ehtiyat edir ki, konstitusiya dəyişikliyi ölkədəki onsuzda gərgin olan vəziyyəti nəzarətdən çıxara, hakimiyyət uğrun da klanlararası mübarizəni daha da gərginləşdirə bilər.

Məlumatlar onu deməyə əsas verir ki, Sərkisyanın narahatlığı əbəs deyilmiş. Ölkədə növbəti prezident seçkilərinin 2018-ci ildə keçiriləcəyinə baxmayaraq, konstitusiya dəyişikliyi xəbərləri ciddiləşən kimi Ermənistanda hakimiyyət uğrunda klandaxili mübarizə başlayıb.

Sərkisyanın rəqibləri belə hesab edirlər ki, parlamentli respublika oyununu “Qarabağ klanı” Ermənistanın deyil,öz gələcək hakimiyyətlərini qorumaq üçün düşünüb. Ermənistanın ali qanunu bir nəfərin iki dəfədən artıq prezident olmasını yasaqlayır. Robert Köçəryan iki prezidentlik müddətini başa vurduqdan sonra hakimiyyəti rahat şəkildə “Stepanakert kruqu”ndakı ən sadiq tərəfdaşı olan Serj Sərkisyana təhvil verdi. Amma Sərkisyanın hakimiyyətdə olduğu son 5 ildə Ermənistanın yerli əhalisinin yadelli kimi nifrət etdikləri “Qarabağ klanı”nın mövqeləri xeyli zəifləyib, hakimiyyətdaxili mübarizə daha sərt xarakter alıb. Üstəlik, Sərkisyandan sonra hakimiyyəti təhvil ala biləcək güclü fiqur da yoxdur. Qarabağ müharibəsi dalğasında Ermənistanda hakimiyyəti mənimsəmiş Köçəryan-Sərkisyan ikilisinin ən ümidli kadrı-indiki müdafiə naziri Seyran Ohanyan ola bilərdi. Amma ondan da narazılıq pik həddədir. Müdafiə naziri ordudakı əsgər ölümlərinə, özbaşınalıqlara görə Ermənistanda ən çox hədəfdə olan şəxsdir. Şuşada anadan olan Seyran Ohanyan 1999-2007-ci illərdə qondarma “DQR”in “müdafiə naziri”, 2007-2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. Seyran Ohanyan Ermənistanın müdafiə naziri postunu 2008-ci ildən tutur. Amma indi “yadellilər”in Ermənistanda prezident kürsüsünü əldə saxlamaq imkanları azalıb. Sərkisyandan sonra bu dəfə də Ohanyanın prezident postuna oturdulması qarşısıalınmaz proseslərə gətirib çıxara bilər. Bütün bunları nəzərə alan Sərkisyan prezident səlahiyyətlərinin azaldılması və yeni konstitusiya ilə parlamentli respublikanın yaradılmasını istəyir. Bununla da cəmiyyətə yeni prezidentin “Qarabağ klanı”ndan olmayacağı mesajı verilir ki, Ermənistandakı narazılığın müəyyən müddətə qarşısını almaq mümkün olsun. Amma yeni konstitusiya müzakirələri başlayan kimi artıq prezident postu uğrunda mübarizə də qızışıb.

Ermənistan mətbuatı yazır ki, Sərkisyan 2018-də prezidentlik postundan çəkiləcəyi birmənalıdır və böyük ehtimalla, parlament seçkilərində onun rəhbərlik etdiyi Respublika Partiyası yeni hökuməti quracaq. Erməni mətbuatı onu da iddia edir ki, Sərkisyan baş nazir olduqdan sonranı da fikirləşir və yeni prezidentin qarşısında indidən maneələr yaradır. Məsələn, Ermənistan Konstitusiyasının 50-ci maddəsi prezidentliyə namizədliyini verən şəxsin 10 il ölkədə yaşamasını tələb edir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu yeniləşmiş konstitusiyada bu maddədəki məhdudiyyətin azaldılmasını təklif edir. Sərkisyan isə bu maddənin yeni konstitusiyada saxlanılmasını istəyir. Sərkisyanın bu israrının arxasında isə daha ciddi mətləblər dayanır. Hakim partiya 10 il müddətinin dəyişdirilməsinə qarşı olduğunu hər hansı başqa niyyət güdmədiyini desə də, erməni mətbuatı bəzi məqamlara diqqət çəkir. Məsələn, bu yaxınlarda Ermənistanın keçmiş baş naziri və bu ölkənin Şimali İrlandiya və Böyük Britaniyadakı sabiq səfiri Armen Sərkisyan uzun fasilədən sonra yenidən Ermənistanın Londondakı baş diplomatı təyin edilib. 1992-1996-cı illərdə Ermənistan hökumətinə rəhbərlik etmiş Armen Sərkisyan sonra Londona səfir göndərilib və 2000-ci ilədək bu vəzifədə çalışıb. Səfir işlədiyi dövrdə o, Londonda dünyanın bir çox nüfuzlu iş adamı ilə əlaqələr qurub. Geri çağırıldıqdan sonra da əlaqələrini genişləndirib. Ermənistanda təmiz reputasiyası olan Armen Sərkisyanın gözlənilmədən 13 illik fasilədən sonra yenidən əvvəlki postuna qaytarılması şübhələrə yol açıb. Erməni mətbuatı yazır ki, Armen Sərkisyan Ermənistanda ən nüfuzlu üç oliqarxından biridir. Növbəti prezident seçkisində A.Sərkisyanın namizəd olacağı barədə qəti mövqeyi olmasa da, Serj Sərkisyan ehtiyat edir ki, onun ölkədə olması hakimiyyətdaxilində mübarizəni sərtləşdirir. “Bu səbəbdən də 13 il sonra onu ölkədən yenidən uzaqlaşdırmaqla Serj Sərkisyan özünü qismən arxayın hiss edəcək” deyə, erməni mətbuatı yazır. Ermənistanda növbəti prezidentlik uğrunda mübarizədə parlamentin indiki spikeri Ovik Abramyanın və indiki baş nazir Tiqran Sərkisyanın da adı tez-tez çəkilir. “Prezident seçkisinə hələ 5 il müddət qalsa da, bu post uğrunda artıq indidən mübarizə başlayıb. Konstitusiya dəyişikliyi, prezidentliyə namizəd üçün qoyulmuş 10 il ölkədə yaşamaq şərti və Armen Sərkisyanın müəmmalı təyinatı belə deməyə əsas verir” deyə, erməni mətbuatı yazır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda Konstitusiya günüdür

    Azərbaycanda Konstitusiya günüdür ...

    12-11-2013, 00:11

  • 
  • Köçəryan Ermənistanda baş naziri devirib yerinə keçir

    Köçəryan Ermənistanda baş naziri devirib yerinə ...

    6-04-2014, 13:57

  • 
  • Konstitusiya Məhkəməsi seçkinin nəticəsini 14 günə təsdiqləyəcək

    Konstitusiya Məhkəməsi seçkinin nəticəsini 14 ...

    10-10-2013, 15:16

  • 
  • Fərhad Abdullayev yenidən Konstitusiya Məhkəməsinin hakimi təyin edildi

    Fərhad Abdullayev yenidən Konstitusiya ...

    31-05-2013, 12:45

  • 
  • Sərkisyan özündən çıxdı: “Necə yəni nə olardı? Türklər indi Stepanakertdə oturardı...”

    Sərkisyan özündən çıxdı: “Necə yəni nə olardı? ...

    22-04-2016, 00:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu