“Böyük Allah, xalqın haqqına zülm və təcavüz edənləri Qiyamət günü mütləq cəzalandıracaq”
gundemxeber.az “İki ölkə xalqının mədəni, ictimai və iqtisadi həmrəylikləri sizin üçün bu qədər dözülməz olub ki, Parlamentin bütün imkan və vaxtından istifadə edərək gediş-gəlişi ləğv edən qərar qəbul edirsiniz?” DİA.AZ bildirir ki, bu ifadələr İran parlamenti adından Azərbaycanın Milli Məclisinə ünvanlanan müraciətində yer alıb.Həmin müraciətin mətnini olduğu kimi diqqətinizə təqdim edirik: “İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti doktor Mənsur Həqiqətpur Azərbaycanın Milli Məclisinə məktub yazaraq Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında Memorandumu ləğv etməsinə öz iradını bildirmişdir. Məktubun mətni aşağıdakı kimidir: “Salam, Azərbaycan Parlamentindəki dostlara, bacı və qardaşlara. Keşmiş tarixi, mədəni ortaqlıqlardan istifadə etməklə və iki ölkə rəsmilərinin diqqət və səyi nətcəsində «sadələşdirilmiş qaydada sərhədi keçmək haqqında Memorandum» imzalaması ilə 45 km enində gediş-gəliş edə bilən şərafətli, nəcib və əziz Azərbaycan xalqını bu imkandan məhrum etmiş və iki xalqın tarixi intizarı olan mədəni və iqtisadi inkişafına maneçilik yaratmısınız. Əlbəttə, İran tərəfindən viza rejimi ləğv olunduğundan bizim qədim həmvətənlərimizin hamısı yenə də öz ana vətənləri İrana gələ bilərlər və şübhəsiz ki, İslami İran xalqı və məsulları onları öz isti ağuşuna alacaqdır. Badkubə Parlamentindəki dostlar! İki ölkə xalqının mədəni, ictimai və iqtisadi həmrəylikləri sizin üçün bu qədər dözülməz olub ki, Parlamentin bütün imkanlarını toplayaraq və vaxtını sərf edərək gediş-gəlişi ləğv edən qərar qəbul edirsiniz? Bilirsinizmi, keçmiş sovet hökuməti iki yerə parçalanmış bu millətin əlaqələrinin genişlənməsindən sizdən də artıq nigəran idi, lakin bu əlaqəni qıra bilmədi? Sovet hökumətinin dağılmasından sonra Arazın şimalının əhalisinin İrandakı qardaşlarına qovuşmaq üçün var qüvvələri ilə coşmaları nədən xəbər verir? Xalqın bu mədəni və həqiqi ehtiyacının qarşısını belə alırsınız? Elə bilirsiniz, qeyri-dini leberal mədəniyyəti tərvic etməklə xalqı dindarlıqdan və adət-ənənələrindən ayıra biləcəksiniz? Azərbaycan Parlamentinin nümayəndələri! Sizin bu qərarınız məntəqə camaatının istək və nəzərləri ilə uyğundurmu? Unutmayın ki, siz xalqın nümayəndəsisiniz. Bu müsəlman xalqın müqəddəs saydıqlarına and içmisiniz ki, onların arzularını qoruyasınız. Siz sionist və qərbə bağlı cərəyanların mənəviyyatını nəzərə almamalısınız. Yadda saxlayın ki, siz sonda yenə xalqın ağuşuna qayıtmalısınız. O vaxt xalq sizi xalqın təmsilçisi olmadığınız üçün rədd edəcək və xalq arasında yeriniz olmayacaq. Əgər Allaha və Qiyamətə etiqadınız varsa, yadınızda qalsın ki, qəbul etdiyiniz hər bir qanun üçün axirətdə Böyük Allah qarşısında cavab verməli olacaqsınız. Öz məntəqənizin imkansız camaatının xeyrinə neçə qərar qəbul etmisiniz? Qarabağın azad olunması və qaçqınların öz vətənlərinə qayıtlmalarına aid bir qərar qəbul etmisiniz?Azərbaycanda ədalətin icrasına kömək edən bir qərar qəbul etmisiniz? Bəzilərinin bol qanunsuz gəlirlər qazanması və bunun müqabilindən xalqı mövcud imkanlardan məhrum edən ölkə iqtisadiyyatındakı pulyuma ilə mübarizə etmək üçün bir qərar qəbul etmisiniz? Azərbaycan Parlamentinin nümayəndələri! İndiyə kimi dünya məzlumlarının müdafiəsi məqsədilə bir bəyaniyyə, yaxud qərar qəbul etmisiniz? Məsələn, Fələstin, Suriya, Myanmar məzlumlarının müdafiəsi üçün nə etmisiniz? Əgər bu barədə bir iş görmüsünüzsə, Allah qüvvət versin. Onun bir nüsxəsini Tehran Parlamentinə göndərin ki, istifadə edilsin. Əgər bir iş etməmisinizsə, nə üçün? Dünya, Allahın məhzəridir. Siz Allahın məhzərindəsiniz və O sizin bütün əməllərinizə nazirdir. Böyük Allah, xalqın haqqına zülm və təcavüz edənləri Qiyamət günü mütləq cəzalandıracaq. Xalqı öz mədəni və ictimai arzularına çatmaqdan məhrum etmək onların haqqında böyük zülmdür”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?