Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan öz tərəfdarlarını iyunun 21-i Yerevanın Respublika Meydanında mitinq keçirməyə çağırıb.
N.Paşinyan bildirib ki, xalq onun partiyasına "polad mandat" verib. Qeyd edək ki, N.Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası növbədənkənar palament seçkilərində 53,92% (687 251 seçici) səs toplayıb.
N.Paşinyan bildirib: "2018-ci ildə "məxməri inqilab" etdik və indi xalq bizə "polad mandat" verdi, bu isə bizim "polad inqilab" etdiyimizi göstərir. Buna görə bütün tərəfdarlarımızı 20:00-da Respublika Meydanında toplaşmağa çağırıram".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?