Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla münaqişədə məğlub olduqdan sonra dərindən qütbləşən xalqı birləşdirmək məqsədilə keçirilən erkən seçkidə qalib gələndən sonra barışığa çağırır.
Partiyası səslərin 54 faizini qazanan Ermənistan Baş naziri Nikol Paşinyan parlament seçkilərində sabiq prezident Robet Koçaryanı məğlub edərək qələbə çalıb.
Beynəlxalq müşahidəçilər bu seçkilərin azad və ədalətli keçdiyini bildirir, lakin bütün prosesin yüksək dərəcədə qütbləşmiş olduğunu qeyd edir.
“Ermənistan Respublikasında erkən parlament seçkiləri rəqabət çərçivəsində keçirildi və ümumilikdə qısa müddət ərzində yaxşı idarə olundu. Lakin seçkidə intensiv qütbləşmə və əsas rəqiblər arasında olduqca təhrikedici ritorika mövcud idi,” ATƏT-in missiyasının başçısı Kari Henriksen bildirib.
Müşahidəçilər deyir ki, iki namizəd bir-birilərinə qarşı şəxsi hücumlar və təhqirlərlə dolu populist kampaniyalar aparıblar. Gərginliyə səbəb isə erməni qüvvələrinin ötən il Dağlıq Qarabağda məğlubiyyətə uğramasıdır.
Ermənistanın hələ də nəzarətində olan bəzi kiçik ərazilər Moskva tərəfindən oraya yerləşdirilmiş Rusiya ordusunun de fakto komandanlığı altındadır. Rusiya bunu “sülhməramlı missiya” adlandırır. Lakin təhlilçilər münaqişənin hələ tam həll olunmadığını bildirir.
“Bu sərhədin, təmas xətti müəyyən olunmayan Abxaziya və Gürcüstan arasındakı sərhəd kimi, daima partlamaq təhlükəsi var,” Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan
Paşinyanın tərəfdarları gözlənilməyən böyük qələbəni qeyd edir, amma ölkə hələ bir çox problemlə üzləşir. Ermənistan iqtisadi və institusional böhrana qərq olub.
“Bu seçkidəki qələbə idarəçilikdəki problemləri vurğulamaq və dərin çatışmazlıqları həll etmək üçün yetərli deyil. Başqa sözlə desək, demokratiya institusional nəzarət və tarazlıq tələb edir,” politoloq Riçard Giragosian deyir.
Baş naziri gələcəkdə çətin illər gözləyir. Bu illər ərzində hərbi məğlubiyyət və böyük şəxsi itkilər öhdəsindən gəlməyin çətin olduğu bir irs olacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?