Ermənistan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının komandanı general-mayor İşxan Matevosyan, həmçinin Hava Hücumundan Müdafiə qüvvələrinin komandanı general-mayor Armen Vardanyan vəzifəsindən azad edilib.
Gundemxeber.az-ın məlumatına görə, müvafiq sərəncam Ermənistan Prezidenti Armen Sarkisyan tərəfindən imzalanıb.
Qeyd edək ki, general-mayor İşxan Matevosyan 2015-ci il, Armen Vardanyan isə 2012-ci ildə vəzifəyə təyin olunmuşdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?