Cümə axşamı ABŞ-ın Mayami şəhərində 12 mərtəbəli yaşayış binasının bir hissəsinin çökməsi nəticəsində ilkin olaraq dörd nəfərin öldüyü xəbər verilir. Təcili yardım və yanğın söndürmə xidmətləri 159-a yaxın insanın dağıntılar altında qalmasını ehtimal etdiyi üçün ölüm sayının hər an arta biləcəyini bildirir.
Champlain Towers adlı bina eyni adlı çimərlik ərazisində yerləşir. Dağıntıların hündürlüyü 10 metrə çatır. Rəsmilər binanın çökməsinə nəyin səbəb olduğunun bəlli olmadığını bildirir.
Binanın təxminən 130 mənzilinin çökdüyün deyən xilasedicilər ilk saatlarda dağıntılar altından 35 insanın çıxarıldığını xəbər verir. Yaralılardan 10 nəfəri hadisə yerində müalicə alıb.
Mayami-Dade bölgəsinin yanğınsöndürmə xidmətinin rəisinin köməkçisi Reyd Cadallah dağıntıların altına dinləmə qurğularının yeridildiyini amma insan səslərinin eşidilmədiyini bildirir. Lakin o, gələn zərbə səslərinin xilasedicilərə ümid verdiyini bildirib.
Xilasedicilər binanın yeraltı qarajından dağıntılara doğru tunel açmağa çalışır.
Dağıntılar altında qalan bina sakinlərinin əksəriyyətinin Cənubi Amerika ölkələrindən olan 22 fərqli millətin nümayəndələrinin olduğu bildirilir. Bundan əlavə İsrail mətbuatı binada yaşayan 20 İsrail vətəndaşının da itkin düşdüyünü yazır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?