Şanxayın mərkəzində ötən cümə axşamı təmir olunan bina çöküb. Azı doqquz nəfər dağıntıların altında qalıb, on bir nəfər isə artıq çıxarılıb.
Avtomobil qalereyasına çevrilən bina səhər saat 11:30 radələrində çöküb. Şəhərin xilasetmə xidməti hadisə yerinə 24 təcili yardım maşının və 150-dən çox personalın getdiyini bildirib.
Gündüz saatlarında dağıntılar altında ilişib qalan 20 nəfərdən 11 artıq çıxarılıb.
Bina Çinin maliyyə mərkəzinin Çanqninq rayonunda yerləşir.
Çində son aylarda bir neçə sənaye qəzaları baş verib və buna görə iqtisadiyyatın zəiflədiyi bir vaxt təhlükəsizlik tələblərinə riayət olunmaması səbəb göstərilir.
Mart ayında Çinin şərqində Yançenq şəhərində yerləşən kimya zavodunda baş verən partlayış nəticəsində 78 nəfər ölüb. Həmin zavodda bir sıra təhlükəsizlik pozuntuları qeydə alınıb. Bu partlayış son illərdə Çində baş verən ən tələfatlı sənaye qəzalarından biridir.
Bundan əvvəl noyabr ayında isə 2022-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək Janqjiaku şəhərində kimya zavodu yaxınlığında baş verən partlayış nəticəsində azı 22 nəfər ölüb.
2010-cu ildə Şanxayda böyük yanğın həmin zaman təmir altında olan 28 mərtəbəli binanı dağıdıb və nəticədə 58 nəfər həyatını itirib
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?