"Potomac Locas"a rəhbərlik edəcək Çətin Durak artıq masson maraqları üçün fəaliyyət göstərəcək
gundemxeber.az ABŞ-ın paytaxtı Vaşinqton ştatında fəaliyyət göstərən sirli Masson lojalarından birinə türkiyəli Çetin Durak rəhbərlik edəcək. Bu gün təşkil olunacaq yığıncaqdan sonra "Potomac Locas"a rəhbərlik edəcək Çətin Durak artıq masson maraqları üçün fəaliyyət göstərəcək. Qeyd edək ki, Masson lojasına rəhbərik edəcək Çətin, Türkiyə dövlətini Vaşinqtonda lobbi şəklində təmsil edən Ünal Durakın oğludur. Çetin Durak uzun müddət "Bloomberg" holdinqdə işləyib və ölkədə məşhur universitetlərdə təhsil alıb. Məlumat üçün bildirək ki, Dan Braun "İtkin simvol" adlı kitabında bildirib ki, "Potomak" adlı loja Amerikanın qurucularından sayılan Corc Vaşinqtonun fikirlərini davam etdirir. Amerikada "Kəşfiyyatçılar lojası" kimi də tanınan "Potomac"ın üzvləri arasında Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhqiqatlar Bürosunun (FTB) yüksəkçinli rəsmiləri üstünlük təşkil edir. Nəzərinizə çatdıraq ki, Masonluq – dini-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. İngiliscədən tərcümədə "azad bənna" mənasını verir (freemason). Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Masonluq yerli lojalar şəklində fəaliyyət göstərir. Yerli lojalar Baş Lojaya tabedir. Bir qayda olaraq hər ölkədə yalnız bir Baş Loja fəaliyyət göstərir. Lakin ABŞ-da hər ştatda bir Baş Loja mövcuddur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?