İranın dini liderinə qarşı sui-qəsd plan təsdiqləndi
gundemxeber.az Ötən ay Ermənistanın paytaxtı İrəvanda “Armenia Marriott” otelində erməni masson lojasının gizli görüş keçirməsi barədə məlumat vermişdik. Onu da bildirmişdik ki, bu tədbir qapalı olduğu üçün hələlik daha ətraflı məlumat verə bilmirik. Sözügedən toplantı ilə bağlı yeni məlumatlar əldə edilib. Belə ki, məlumata görə, sözügedən qapalı iclasda İranda fəaliyyət göstərən erməni massonları da iştirak ediblər. İclasın əsas məqsədi ilk İran massonu, Fransa Masson Lojasının ilk üzvü Mirzə Melkumxan tərəfindən sifariş edilən Qacarlar sülaləsindən olan şahın 1895-ci ildə qətlə yetirilməsinin ildönümünün qeyd olunması olub. Toplantıda həmçinin, İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin öldürülməsi ilə bağlı plan da müzakirə olunub. Gizli keçirilən iclasda xüsusi vurğulanıb ki, Seyid Əli Xamneyi İran ermənilərinin sərbəst fəaliyyətinə ciddi əngəllər törədir. Bu, baxımdan da Seyid Əli Xamneyinin öldürülməsinin vacib olması təklifi irəli sürülüb və müzakirə olunub. Xatırladaq ki, 19-cu əsrdə M.Melkumxan İranın İsfahan Culfasında anadan olub. Atası Osmanlı Sultanlığında İran səfirliyinin dəftərxana müdiri olan İran ermənisi Mirzə Yaqubdur. Apardığımız araşdırma zamanı məlum olub ki, M.Yaqub İran səfirliyində dəftərxana müdiri işləməsinə baxmayaraq, İstanbulda Avropa və İran diplomatları arasında əlaqələrin qurulmasında da xüsusi rolu olub. M.Yaqub Fransa Masson Lojasının İstanbul üzrə təmsilçisi, milyonçu erməni qızını öz oğlu M.Melkumyana almaqla onunla qohum olub. Bundan sonra M.Melkumxan Fransa Masson Lojasının üzvü olur və İrana göndərilir. Bu dəfə M.Melkumxanın qarşısında əsas tapşırıq İran şah sarayında Qacarlar sülaləsindən olan şahın ətrafında olan türkləri oradan uzaqlaşdırmaq və padşahın ölümünü həyata keçirmək olur. Sui-qəsd planı həyata keçir və məhz 1895-ci ildə M.Melkumxanın planı əsasında Qacarlar sülaləsindən olan İran şahı qətlə yetirilir.
Sorğu
Yeni dizaynımız necədir?