Sankt-Peterburq şəhərində kriminal aləmdə "Derten” kimi tanınan ən yaşlı rusiyalı "qanuni oğru” Valentin Qudiyevski vəfat edib. Bu barədə "Praym Kraym” xəbər verib. Onun koronavirusdan öldüyü bildirilir. Gecə 83 yaşlı kişinin temperaturu qalxıb, səhər isə reanimasiyaya yerləşdirilib. Həkimlərn səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. "Derten” həm də "oğru aləminin muşketyoru” kimi tanınıb. Bu ləqəb ona uşaq vaxtında taxta ilə yaxşı qılıncbazlıq etdiyi üçün verilmişdi. Qudieyvski son 9 ildir ki, kriminalla məşğul olmurdu. O, oğruların "ailəsində” ağsaqqal və ənənələrin qoruyucusu hesab edilirdi.
Sorğu
Yeni dizaynımız necədir?