Koronavirus epidemiyasına qarşı ən uğurlu peyvənd kampaniyalarından birini həyata keçirən İsraildə yoluxma sayı bu gün son üç ay ərzindəki ən yüksək səviyyəyə çatıb. Səhiyyə Nazirliyinin açıqlamasında son 24 saat içərisində 343 nəfərin virusa yoluxduğu diqqətə çatdırılıb. Həmçinin 35 xəstənin vəziyyətinin ağır olduğu da bildirilib. Onların yarısından çoxu isə peyvənd olmayan şəxslərdir. Yerli mediada yer alan xəbərlərdə İsraildəki yeni hadisələrin 90 faizinə ilk dəfə Hindistanda təsbit edilən “Delta” variantının səbəb olduğu bildirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?