Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş tutacaq danışıqlardan sonra hər hansı bir sənədin imzalanacağı gözlənilmir.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putinlə Paşinyan Qarabağdakı vəziyyəti, artıq regionda olan rus sülhməramlıların yerləşdirilməsi və iki ölkə arasındakı qarşılıqlı münasibətlər barədə müzakirələr aparacaqlar. “Lakin hər hansı bir sənədin imzalanması planlaşdırılmır”, - deyə Peskov əlavə edib. O, görüşün günün ikinci yarısı baş tutacağını diqqətə çatdırıb və qeyd edib ki, bu, Paşinyanın Ermənistanda keçirilən seçkilərdə qələbəsindən sonra xaricə etdiyi ilk səfərdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?