Qətlə yetirilmiş Haiti Prezidenti Jovenel Moizin həyat yoldaşı Martin Moiz həkimlərə ona göstərilən tibbi yardıma görə təşəkkür edib.
“Twitter” səhifəsində müalicə aldığı hospitaldan fotolarını paylaşan birinci xanım bunları yazıb:
“Bu dəhşətli dönəmdən keçməkdə mənə kömək edən qoruyucu mələklər qrupuna təşəkkür edirəm. Sizin xeyirxahlığınız və qayğınız sayəsində həyata dönə bildim”.
“Hələ də ərimin son sözünü söyləmədən getdiyinə inanmıram, bu ağrı heç vaxt keçməz.”
Çərşənbə günü Haitinin BMT-dəki Daimi Nümayəndəsi Antonio Rodriqe Moizin həyatı üçün həyati təhlükənin sovuşduğunu bildirib.
Xatırladaq ki, Haiti Prezidenti Jovenel Moiz İyulun 7-də naməlum şəxslər tərəfindən iqamətgahına edilən hücum nəticəsində ölümcül yaralanmışdı. Prezidentin xanımı da güllə yarası almışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?