“Mövcud problemlərə, çoxsaylı maneələrə baxmayaraq Əfqanıstan hakimiyyəti “Taliban” qruplaşması ilə danışıqlar aparacağına ümid edir”.
Gundemxeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Əşrəf Qəni iyulun 15-16-da Daşkənddə “Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqələr. Çağırışlar və imkanlar” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
“Biz mövcud maneələrə baxmayaraq, təslim olmamaq üçün “Taliban”la danşıqlar aparmaqdan ötrü bütün tədbirlərdən istifadə edirik. “Taliban”ın təklif etdiyi yeganə seçim budur: ya təslim olmaq, ya da onların tərəfinə keçmək”, - Əşrəf Qəni vurğulayıb.
Qeyd edək ki, konfransda Özbəkstan Prezidenti Şavkat Mirziyoyev, Əfqanıstan Prezidenti Əşrəf Qəni, Pakistanın Baş naziri İmran Xan, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrel, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiyanın xarici işlər naziri Sergey Lavorov da iştirak edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?