Tacikistan Prezidenti İmoməli Rahmonun bacısı Kurbonbi Rahmonova vəfat edib. Bu barədə məlumatı Tacikistan Prezidentinin Mətbuat xidməti yayıb. Məlumata görə, o 64 yaşında dünyasını dəyişib. Tacikistanın Səhiyyə Nazirliyi Kurbonbi Rahmonovanın koronavirus infeksiyasından öldüyünü bildirib. Kurbonbi Rahmonova iyulun 20-də ölkə paytaxtı Düşənbədə 5 saylı klinik xəstəxanada müalicə olunurmuş. Bildirilib ki, iyulun 5-də Prezident İmamoli Rəhmonun qaynanası, 88 yaşlı Özbəkbi Əsədullayeva da koronavirusdan vəfat edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?