"Bu gün səhər saatlarında Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin idarəetmə mərkəzindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 istiqamətə - Marmaris şəhərinin Kavaklı, İlanlı və Çayhisara yönləndiriliblər".
Gundemxeber.az bildirir ki, "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda həmin istiqamətlərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürürlər: "Burada yanğınların söndürülməsi işləri görülür. Qeyd edim ki, bu istiqamətdə bizim helikopter fəaliyyətdədir".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?