Los-Angeles-də fövqəladə vəziyyət elan edilib. Şəhər tarixində ən ağır meşə yanğını ilə mübarizə aparır.
Şəhərətrafı Glendale və Burbank qəsəbələri əhatəsində yerləşən yüzlərlə evlərdən sakinlər evakuasiya edilib. Cümə günündən La Tuna kanyonunda 5 min hektar ərazidə başlayan yanğının tüstüsü şəhərin üstünü alıb. Ən azı 3 evin yandığı, şəhərin girəcəyində iri avtomobil yolunun bağlandığı bildirilir. Şəhərin meri Eric Garcetti şənbə günü axşam fövqəladə vəziyyət elan edib. Rəsmən fövqəladə vəziyyətin elan edilməsi mümkün qədər tez dövlət və federal yardım almağa imkan verir. "Bu yanğın... biz indi deyə bilərik ki, Los-Anceles şəhərinin tarixində sahəsinə görə ən böyük yanğındır", - cənab Garcetti jurnalistlərə deyib. Küləyin güclənməsilə təxliyəyə ehtiyac olan zona daha da böyüyür. Yanğının söndürlməsinə 5 yüzdən çox yanğınsöndürən cəlb edilib. Yanğın həmçinin ABŞ-ın qərbində yerləşən digər bölgələrə də yayılmaqdadır. Hökumət artıq Montana və Vaşinqton ştatlarında da fövqəladə vəziyyət elan edib və minlərlə əhali təxliyə edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?