“Xarici siyasətimizdə əsas istiqamətlərdən biri uğurlu qonşuluq siyasəti olmalıdır”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin Xarici İşlər Nazirliyinin 10 illik fəaliyyət planının təqdimat mərasimində çıxışında deyib.
O, üç qonşu ölkə - Azərbaycan, Ermənistan və Türkiyə ilə əla münasibətlərin olduğunu qeyd edib.
Hökumət başçısı Gürcüstanın uğurlu vasitəçiliyi sayəsində Azərbaycan və Ermənistan arasında əldə olunmuş humanitar razılaşmaya da toxunub: “Bizim uğurlu siyasətimiz nəticəsində azərbaycanlı və erməni qardaşlarımız arasında razılaşma əldə olundu. Bu, uğurlu presedenti üç qonşu ölkə yaratdı”.
İ.Qaribaşvili vurğulayıb ki, Gürcüstan bölgədə dayanıqlı sülh və sabitliyin əsas təşəbbüskarlarından biri olmalıdır: “Bu, gələcək inkişaf üçün möhkəm təməl ola bilər. Dost və qonşu ölkələrə təklif etdiyimiz platforma inkişaf etdirilməli və biz bu istiqamətdə daha da fəal olmalıyıq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?