Rusiyanın Kamçatka vilayətinin deputatı İqor Redkin adam öldürdüyünü boynuna alıb. O, deyib ki, ayını kənddən qovarkən açdığı atəş zamanı təsadüfən güllə insana dəyib və onun ölümünə səbəb olub. Bu barədə “RİA Novosti” agentliyi siyasətçinin vəkili Olqa Struçenko tərəfindən təqdim olunan etiraf müraciətinə əsasən yazıb.
Müraciətində deputat qeyd edib ki, hadisə avqustun 2-də baş verib. Biləndə ki, Ozernovski qəsəbəsində ayı gəzir və yerli əhali təhlükə ilə qarşılaşa bilər, Redkin silahı əlinə alıb və ayını qovmaq istəyib. Hava qaranlıq idi və Redkin ayıya atəş açıb. Sonradan deputat eşidib ki, təxminən həmin saatda o ərazidə yerli sakinlərdən biri güllə yarası alıb və nəticədə xəstəxanada ölüb.
Redkin həmçinin deyib ki, məhkəmə qarşısına çıxmağa və cəzasını çəkməyə hazırdır.
İqor Redkin avqustun 10-u yaxalanıb./virtualaz.org/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?