Taliblər paytaxta doğru irəliləyirlər, minlərlə insan həlak olub, milyon nəfərə yaxın qaçqın var, milyonlarla əfqanın yardıma ehtiyacı var
Gundemxeber.Az xəbər verir ki, “Taliban” təşkilatının Əfqanıstanda ələ keçirdiyi vilayət mərkəzlərinin sayı 15-ə çatıb.
Əfqanıstanın cənubunda və qərbində yerləşən Badqis, Gur və Helmand vilayətlərinin mərkəzləri taliblərin nəzrətindədir. Helmand vilayətinin strateji əhəmiyyətə malik Ləşgərgah şəhəri 20 günlük döyüşlərdən sonra “Taliban”ın ixtiyarına keçib.
Dünən gecə saatlarında isə Əfqanıstanın cənubunda yerləşən və ölkənin böyüklüyünə görə ikinci şəhəri olan Qəndəhar taliblər tərəfindən qəsb edilib. Bundan əvvəl isə Əfqanıstanın cənub vilayətləri ilə paytaxt Kabul şəhəri arasında əlaqə yaradan marşrutun üzərindəki tarixi Qəznə şəhəri və ölkənin qərbindəki Herat vilayətinin mərkəzi dünən “Taliban”ın nəzarətinə keçmişdi.
BMT-nin məlumatına görə, Əfqanıstanın daxilindəki müharibə nəticəsində 2021-ci ilin ilk yarısında 1659 nəfər, son bir ay ərzində isə 1000 nəfərdən çox dinc vətəndaş həlak olub.
Əfqanıstanın Azad İnsan Hüquqları Komissiyası may ayının əvvəlindən avqust ayına qədər təqribən 1 milyon nəfər vətəndaşın evindən didərgin düşdüyünü açıqlayıb.
BMT 18 milyon əfqanın humanitar yardıma ehtiyacı olduğunu bəyan edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?